Bakı metrosu bu axsam gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Bakı metrosu bu axsam gücləndirilmiş rejimdə

“Bakı Metropoliteni” QSC bu axşam UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Tvente” oyunu ilə əlaqədar iş rejimini gücləndirəcək.

Qurumdan bildirilib ki, qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Sərnişin axınının tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə stansiyaya növbətçilik cədvəlinə uyğun əlavə əməkdaşlar cəlb ediləcək.

Saat 20:00-da başlayacaq oyuna yüksək azarkeş marağı nəzərə alınaraq, sərnişinlərin rahat və təhlükəsiz daşınması üçün “28 May” və “Nərimanov” stansiyalarında da nəzarət tədbirləri gücləndiriləcək.

Zərurət yaranacağı təqdirdə, sərnişin sıxlığının operativ tənzimlənməsi məqsədilə ehtiyat qatarlar xəttə buraxılacaq.

Qeyd olunub ki, gün ərzində qatarların hərəkəti mövcud yay qrafiki əsasında həyata keçiriləcək.