Çin “Boinq”-dən 200 təyyarə alacaq

Çin “Boinq”-dən 200

ABŞ Prezidenti Donald Tramp Çinin Boinq şirkətindən 200 sərnişin təyyarəsi almağa razılıq verdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Donald Tramp bu barədə “Foks Nyus” telekanalına müsahibəsində danışıb.

Bildirilib ki, milyardlarla dollar dəyərində qiymətləndirilən razılaşma Çinin son illərdə ilk dəfə ABŞ istehsalı olan kommersiya təyyarələri sifariş etməsi baxımından diqqət çəkir.

Məlumata görə, müqavilə Boinq şirkətinin Çin bazarında uzun müddətdir davam edən sifariş durğunluğunu aradan qaldırmağa imkan verəcək. Eyni zamanda, Çin aviaşirkətlərinin yeni sərnişin təyyarələrinə artan qlobal tələbat fonunda ABŞ istehsalı olan hava gəmilərinə çıxışını təmin edəcəyi qeyd olunur.

Şirkətin baş icraçı direktoru Kelli Ortberq rəhbərliyi ilə həyata keçirilən yenidənqurma prosesində bu razılaşmanın Boinqin maliyyə vəziyyətinin güclənməsinə töhfə verəcəyi vurğulanıb.

MONETAR.AZ