Azərbaycanda at və dəvələrə çiplər vurulacaq

Azərbaycanda at və dəvələrə

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTI) atlar və dəvələr üçün xüsusi tanınma nömrələrinin (mikroçip) satın alınması məqsədilə müsabiqə elan edib.

Satınalma çərçivəsində texniki tələblərə uyğun 5000 ədəd mikroçipin əldə edilməsi nəzərdə tutulur. Layihə üzrə ehtimal olunan dəyər 12 833,33 manat təşkil edir.

Müsabiqə 26 noyabr 2025-ci il saat 17:45-də dərc olunub. İddiaçılar tender təkliflərini 18 dekabr 2025-ci il saat 15:00-dək təqdim etməlidirlər. Zərflərin açılışı da həmin tarixdə və saatda həyata keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən təşkilatlar müəyyən edilmiş qaydalara uyğun olaraq sənədləri təqdim etməlidirlər.

MONETAR.AZ