Asiyada aparılan ticarət əməliyyatlarında qızılın qiyməti artıb. Hazırda bir unsiya qızıl təxminən 4165 dollara satılır. ABŞ dollarının zəifləməsi qızılı daha ucuz etdiyi üçün alıcıların marağı da artıb.
ABŞ-dan gələn iqtisadi məlumatlar FED-in yaxın vaxtlarda faizləri endirə biləcəyi fikrini gücləndirir. Bundan başqa, Fed rəhbərliyinə ən güclü namizəd sayılan Kevin Hassett-in də Prezident Donald Tramp kimi borclanma xərclərinin azaldılmasını istədiyi düşünülür. Faizlər aşağı düşəndə qızılın dəyəri adətən artır, çünki qızıl faiz gəliri gətirmir.
Qızıl ötən ay 4 380 dollarla rekord səviyyəyə yüksəlsə də, daha sonra bir qədər ucuzlaşıb. Bununla belə, qiymət 4000 dolların üstündə qalmağa davam edir. Qızıl bu il 55 faizdən çox bahalaşaraq son onilliklərin ən yaxşı illik nəticəsinə yaxınlaşır.
MONETAR.AZ