2026-cı ildə dünyanın ən varlı 20 milyarderi açıqlanıb

2026-cı ildə dünyanın ən varlı

Forbes 2026-cı il üzrə dünyanın ən varlı 20 milyarderinin reytinqini təqdim edib. Siyahıya 714,2 milyard dollar sərvətlə İlon Mask başçılıq edir. Bununla da o, tarixdə 700 milyard dollar sərvət həddini aşan ilk şəxs olub.

İlon Maskın sərvətinin əsas hissəsini dəyəri 800 milyard dollar olaraq qiymətləndirilən SpaceX şirkətindəki payı təşkil edir. Analitiklər şirkətin mümkün iri IPO-su fonunda bu dəyərin daha da arta biləcəyini bildirirlər.

İkinci pillədə 257,7 milyard dollarla “Google”un həmtəsisçisi Larri Peyc, üçüncü yerdə isə 251,4 milyard dollar sərvətlə “Amazon”un qurucusu Ceff Bezos qərarlaşıb. İlk beşlikdə, həmçinin Larri Ellison və Sergey Brin də yer alıb.

Reytinqdə diqqət çəkən məqamlardan biri “Nvidia”nın baş icraçı direktoru Jensen Huanqın sürətli yüksəlişidir. Onun sərvəti 2020-ci ildə 4,7 milyard dollar olduğu halda, 2026-cı ildə 162,5 milyard dollara çataraq onu dünyanın səkkizinci ən varlı şəxsinə çevirib.

Ümumilikdə, dünyanın ən varlı 20 milyarderinin sərvəti təxminən 3,8 trilyon dollar təşkil edir ki, bu da dünyanın əksər ölkələrinin illik ümumi daxili məhsulundan çoxdur. Ekspertlər bu artımı texnologiya şirkətlərinin sürətli inkişafı və səhmlərin kəskin bahalaşması ilə əlaqələndirirlər.

Monetar.az