Şirkətlər data mərkəzlərinin inkişafına trilyonlarla dollar yatıracaq

Şirkətlər data mərkəzlərinin inkişafına

Yaxın 5 il ərzində data mərkəzlərinə qoyulacaq investisiyaların həcmi azı 3 trilyon ABŞ dolları təşkil edəcək. Bu barədə Bloomberg Moody’s agentliyinin hesabatına istinadla məlumat yayıb.

Məlumata görə, investisiyalar süni intellektə artan tələbatın təmin olunmasına yönələcək və serverlərə, hesablama avadanlıqlarına, eləcə də enerji infrastrukturuna çəkilən xərcləri əhatə edəcək.

Moody’s vurğulayır ki, investisiyaların əsas hissəsi texnologiya şirkətləri tərəfindən maliyyələşdiriləcək. Artıq bu il Microsoft, Amazon, Alphabet, Oracle, Meta Platforms və CoreWeave kimi şirkətlər data mərkəzlərinin inkişafına ümumilikdə təxminən 500 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

Agentliyin analitikləri yaxın perspektivdə data mərkəzlərinə tələbatın artmaqda davam edəcəyini proqnozlaşdırırlar. Onların qiymətləndirməsinə görə, süni intellekt üçün data mərkəzlərinə maraq hələ ilkin mərhələdədir və növbəti 12–18 ay ərzində bu sahədə artımın davam edəcəyi gözlənilir.

Monetar.az