İran və İraq arasında aviareyslər dayandırılıb

İran və İraq arasında

İran və İraq arasında aviareyslər müvəqqəti olaraq dayandırılıb. Bu barədə Səudiyyə Ərəbistanına məxsus Al Hadath telekanalı mənbələrə istinadla X sosial şəbəkəsində məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İrandan həyata keçirilən bütün uçuşlar İraqın hava limanlarına ləğv edilib. Reyslərin dayandırılmasının səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.

Bundan əvvəl Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Aİ etirazçıların təzyiqi nəticəsində İranda hakimiyyətin yaxın zamanda dəyişəcəyini gözləmir. Bununla yanaşı, Avropa İttifaqı İslam Respublikasında vətəndaş cəmiyyətinə dəstək göstərməklə bu istiqamətdə fəaliyyətini davam etdirir.

Eyni zamanda, Aİ ölkələrinin İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “terror təşkilatları” siyahısına salınması imkanını müzakirə etdiyi də bildirilir.

Xatırladaq ki, dekabrın 28-dən etibarən İranda milli valyutanın kəskin dəyər itirməsi fonunda etiraz aksiyaları başlayıb. Buna cavab olaraq hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib, o cümlədən polis tərəfindən gözyaşardıcı qaz və pnevmatik vasitələrdən istifadə edilib.

Kütləvi etirazlar əsasən Tehranda baş verib, ən ciddi toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində – Malekşah, Kermanşah və Lordegan şəhərlərində qeydə alınıb.

Monetar.az