Azərbaycan hökuməti ölkəyə idxal olunan inşaat kərpiclərinə tətbiq edilən gömrük rüsumunu artırıb. Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildən 1000 ədəd kərpic üçün rüsum 20 ABŞ dolları təşkil edəcək.
Qeyd olunur ki, 2025-ci ilin dekabr ayına qədər rüsum 15 ABŞ dolları idi. Yeni tarif 2026-2028-ci illər ərzində qüvvədə olacaq.
Rəsmi məlumatlara görə, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkədə kərpic istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % artaraq 554,1 min kubmetrə çatıb. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti işləri materiallara tələbatı artırıb.
Gömrük rüsumunun yüksəlməsi yerli istehsalçıların rəqabət qabiliyyətini artırmaq və idxaldan asılılığı azaltmaq məqsədini daşıyır. Analitiklər bildirir ki, bu dəyişiklik tikinti xərclərinə və daşınmaz əmlak qiymətlərinə təsir göstərə bilər.
Yeni tarif Azərbaycanın “idxal əvəzləmə” siyasətinin tərkib hissəsi olaraq tətbiq olunur.
MONETAR.AZ