Beynəlxalq Dünya Məntiq Günü hər il 14 yanvarda qeyd olunur. Bu gün məntiqin tarixi, əhəmiyyəti və gündəlik həyatda rolu barədə geniş ictimaiyyətin məlumatlandırılmasını məqsəd qoyur.
Dünya Məntiq Günü 2019-cu ildə YUNESKO tərəfindən rəsmi elan olunub. Tarixin seçilməsi məntiq sahəsində görkəmli şəxsiyyətlərlə bağlıdır – Kurt Hödelin ölüm tarixi və Alfred Tarskinin doğum tarixi bu gündə əlamətdar sayılır.
YUNESKO baş direktoru Odri Azulay çıxışında məntiqin XXI əsrdə cəmiyyət və iqtisadiyyat üçün əhəmiyyətini vurğulayıb. O, xüsusilə informatika və informasiya-kommunikasiya texnologiyaları sahəsində məntiq və alqoritmik düşüncənin roluna diqqət çəkib.
Monetar.az