Bu gün Köhnə Yeni ildir

Bu gün Köhnə Yeni ildir

13 Yanvar – Köhnə Yeni İl  maraqlı bir ənənə kimi qorunub saxlanır. Tarixi isə Yulian təqviminə gedib çıxır: əvvəllər Rusiyada Yeni il yanvarın 14-də başlayırdı, çünki Yulian təqvimi Qriqorian təqvimindən 13 gün geri qalırdı. 1700-cü ildə I Pyotr ölkədə Yeni ili yanvarın 1-də qeyd etməyi qərara aldı və xalqı bayram münasibətilə təbrik etdi, şam ağaclarını bəzəməyi, uşaqları xizək sürməyə aparmağı tövsiyə etdi, böyükləri isə sərxoş məclislərdən uzaq durmağa çağırdı.

Sovet dövründə isə bu ənənə Köhnə Yeni İl adı ilə yanvarın 13-də qeyd edilməyə başlandı. Əsas səbəb pravoslav kilsəsinin bayramlarını hələ də Yulian təqvimi ilə hesablaması idi. Bu bayram yalnız Rusiyaya xas deyil:  Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiya, Çernoqoriya və İsveçrədə də qeyd olunur.

Monetar.az