Son 5 ildə qlobal maliyyə bazarlarında qızıl ən yaxşı gəlir gətirən aktiv kimi seçilib. Analitiklərin məlumatına görə, 2020–2025-ci illər ərzində qızılın illik orta gəliri 18,4 faiz təşkil edib.
Bu dövrdə qlobal səhm bazarları da müsbət nəticələr göstərsə də, dövlət istiqrazlarının qiyməti aşağı düşüb. Belə ki, qlobal dövlət istiqrazları mənfi -1,1 faiz gəlir verib, korporativ istiqrazların gəliri isə cəmi 1,3 faiz olub.
Mütəxəssislər bildirirlər ki, qızılın yüksək gəliri inflyasiya, geopolitik risklər və yüksək faiz dərəcələri ilə bağlıdır. Eyni zamanda, özəl bazarlar orta və uzunmüddətli dövrdə investorlar üçün yüksək gəlir mənbəyi olaraq qalır, lakin onların dalğalanma riski yüksəkdir.
Beynəlxalq maliyyə şirkəti “Goldman Sachs”ın məlumatına əsasən, 1990–2025-ci illər ərzində özəl bazarlar illik 10,5 faiz gəlir göstərib, səhm bazarları isə 8,1 faiz gəlir əldə edib.
Analitiklər vurğulayırlar ki, investisiya performansı dövrün şərtlərindən asılı olaraq dəyişir və diversifikasiya uzunmüddətli gəlirlərin qorunmasında mühüm rol oynayır.
Monetar.az