Gümüşün qiyməti tarixdə ilk dəfə 85 dolları ötüb

Gümüşün qiyməti tarixdə ilk dəfə

Gümüşün qiyməti yeni tarixi maksimuma yüksəlib. Yanvarın 12-də Comex birjasında mart ayı tədarükü üzrə gümüş fyuçersləri 7,45 faiz bahalaşaraq bir unsiya üçün 85,25 dollar səviyyəsinə çatıb. Beləliklə, gümüşün qiyməti tarixdə ilk dəfə 85 dollar həddini keçib.

Məlumatlara görə qiymət artımı əsasən tədarük çatışmazlığı və investorlar tərəfindən “təhlükəsiz liman” aktivlərinə artan tələblə əlaqədardır. Qlobal iqtisadi qeyri-müəyyənlik fonunda qiymətli metallara maraq güclənib.

Analitiklər bildirirlər ki, sənaye istehsalında, xüsusilə də yaşıl enerji və elektronika sahələrində gümüşə tələbin artması qiymətlərin yüksəlişini dəstəkləyən əsas amillərdən biridir.

Monetar.az