Bakı Kommersiya Məhkəməsində borclu “1ST Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) barəsində qaldırılmış müflisləşmə işi üzrə növbəti məhkəmə baxışı təyin edilib.
E-2-2(113)-8778/2025 nömrəli müflisləşmə işi üzrə iclasda şirkətin maliyyə vəziyyəti və hüquqi statusu ilə bağlı məsələlərə baxılacaq.
Məlumata görə, cavabdeh qismində çıxış edən “1ST Construction” MMC (VÖEN: 1400965871) Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, ev 38, mənzil 24 ünvanında hüquqi qeydiyyatdadır.
Məhkəmə iclası 22 yanvar 2026-cı il tarixinə, saat 10:55-ə təyin olunub. Proses Bakı Kommersiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 8), 5-ci zalda keçiriləcəkdir.
MONETAR.AZ