2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın emal olunmamış alüminium ixracında azalma qeydə alınıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə hesabat dövründə bu məhsulun ixrac dəyəri 56,7 milyon dollar, ixracın miqdarı isə 17 min 431,1 ton təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə emal olunmamış alüminium ixracı real ifadədə 36,5 faiz, nominal ifadədə isə 20,1 faiz azalıb.
Azalma digər sənaye məhsullarının ixrac göstəricilərində də müşahidə olunub. Belə ki, mineral gübrələrin ixracı real ifadədə 29,8 faiz, polietilen ixracı 27,8 faiz, polipropilen ixracı isə 19,6 faiz geriləyib.
MONETAR.AZ