Azərbaycanın təzə meyvə ixracı 407 milyon dolları ötüb

Azərbaycanın təzə meyvə ixracı

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan 407,9 milyon dollar dəyərində təzə meyvə ixrac olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə hesabat dövründə ixrac edilən təzə meyvənin miqdarı 265 min 456,8 ton təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın nominal dəyəri 16 faiz artsa da, real ifadədə 6 faiz azalma qeydə alınıb.

Təzə meyvə ixrac dəyərinə görə ölkənin qeyri-neft-qaz məhsulları arasında əsas mövqelərdən birini tutub.

Eyni dövrdə təzə tərəvəz ixracının dəyəri 185,2 milyon dollar təşkil edib. Bu məhsulun ixracı real ifadədə 9,3 faiz, nominal ifadədə isə 11 faiz artıb.

MONETAR.AZ