Azərbaycanda 2020–2025-ci illərdə tekstil, geyim, dəri və ayaqqabı sənayesində bir sıra məhsulların istehsalı əhəmiyyətli dərəcədə artıb.
Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, pambıq mahlıcı istehsalı 2020-ci ildə 71,6 min ton olduğu halda, 2025-ci ildə 97,4 min tona yüksəlib. Artım 36%-ə çatıb.
Pambıq parçaların istehsalı 29,97 milyon kvadratmetrdən 33,62 milyon kvadratmetrə yüksələrək 12,2% artıb. Pambıq iplik istehsalı isə 11,7 min tondan 21,8 min tona çatıb. Bu, 86,3% artım deməkdir.
Xalça istehsalı 1,3 min kvadratmetrdən 3,6 min kvadratmetrədək yüksələrək 2,8 dəfə artıb.
Üst geyim istehsalı 765,4 min ədəddən 1,13 milyon ədədə, alt geyim istehsalı isə 529,8 min ədəddən 2,16 milyon ədədə yüksəlib.
Ayaqqabı istehsalında da ciddi artım qeydə alınıb. 2020-ci ildə 544,2 min cüt ayaqqabı istehsal edildiyi halda, 2025-ci ildə bu göstərici 1,11 milyon cütə çatıb. Artım 103,2% təşkil edib.
Emal edilmiş dəri istehsalı isə 65,2 min kvadratmetrdən 58 min kvadratmetrədək azalıb və 11% geriləyib.
Pambıq yataq ağlarının istehsalı 268,1 min ədəddən 425,2 min ədədə, corab məmulatlarının istehsalı isə 2,99 milyon cütdən 3,84 milyon cütə yüksəlib.