Dünyada ən çox pivə istehsal edən ölkələr – Çin ilk yerdədir

Dünyada ən çox pivə istehsal edən ölkələr –

Dünyada ildə 1,9 milyard hektolitrə yaxın pivə istehsal olunub. Çin 9,34 milyard ABŞ qallonu istehsalla dünya sıralamasında birinci olub. Ölkənin qlobal istehsalda payı 18,7% təşkil edib.

 Monetar.az xəbər verir ki,  ABŞ 4,62 milyard qallona yaxın istehsalla ikinci, Braziliya isə 3,99 milyard qallona yaxın göstərici ilə üçüncü yerdə qərarlaşıb.

 Meksika 3,91 milyard qallona yaxın istehsalla dördüncü, Rusiya 2,38 milyard qallona yaxın göstərici ilə beşinci olub. İlk altılığı 2,09 milyard qallona yaxın pivə istehsal edən Almaniya tamamlayıb.

 Dünyada pivə istehsalına görə ilk 10 ölkə aşağıdakılardır:

 Çin – 9,34 milyard ABŞ qallonu

  1. ABŞ – 4,62 milyard ABŞ qallonu
  2. Braziliya – 3,99 milyard ABŞ qallonu
  3. Meksika – 3,91 milyard ABŞ qallonu
  4. Rusiya – 2,38 milyard ABŞ qallonu
  5. Almaniya – 2,09 milyard ABŞ qallonu
  6. Vyetnam – 1,15 milyard ABŞ qallonu
  7. Yaponiya – 1,14 milyard ABŞ qallonu
  8. İspaniya – 1,09 milyard ABŞ qallonu
  9. Böyük Britaniya – 1,03 milyard ABŞ qallonu

 Araşdırmaya əsasən, Çin, ABŞ, Braziliya və Meksika birlikdə dünya pivə istehsalının 43,7%-ni təmin edib. Rusiya və Almaniya da əlavə olunduqda, ilk altı ölkənin qlobal istehsalda payı 52,7%-ə çatıb.

 Avropanın ən böyük pivə istehsalçısı Rusiya olub. Almaniya isə pivə istehsalı ənənələrinə baxmayaraq, dünya sıralamasında altıncı yerdə qərarlaşıb.

 Adambaşına pivə istehlakına görə isə Çexiya dünyada ilk yerdədir. Ölkədə bu göstərici ildə təxminən 150 litr təşkil edir. Bununla belə, Çexiya pivə istehsalının ümumi həcminə görə dünya sıralamasında 21-ci yerdədir.

 Qeyd edək ki, 2025-ci ildə dünyada istehsal olunan pivənin ümumi həcmi təxminən 50,08 milyard ABŞ qallonu olub.