Dövlət qurumu 821 min manatlıq yemək-içmək alır

Dövlət qurumu 821 min manatlıq

"Əsaslı Tikinti və Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tədbir və digər proqramlarda hazır yemək (keytrinq) xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir.

MONETAR.AZ dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir ki, banket və iaşə xidmətlərini (təsnifat kodu: 90101600) əhatə edən müsabiqənin ehtimal olunan qiyməti 820 min 980 manat təşkil edir.

Müsabiqənin əsas şərtləri:

  • Təkliflərin son təqdim olunma tarixi: 5 fevral 2026-cı il, saat 10:00.

  • Zərflərin açılış tarixi: 5 fevral 2026-cı il, saat 10:00.

  • Müsabiqənin nömrəsi: 2026/AT/00035/V1.

İştirak etmək istəyən iddiaçılar müvafiq sənədləri və qiymət təkliflərini qeyd olunan vaxtadək portal vasitəsilə təqdim etməlidirlər.

Satınalan təşkilat Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 84 ünvanında yerləşir. İştirak şərtləri və əlavə məlumatlarla dövlət satınalmalarının vahid internet portalı vasitəsilə tanış olmaq mümkündür.