Bu gün yağışlı hava gözlənilir – sel və daşqın riski var

Bu gün yağışlı hava gözlənilir –

Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında, eləcə də Azərbaycanın rayonlarında yağışlı hava şəraiti gözlənilir. Bəzi ərazilərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.

Monetar.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı və şimşək çaxacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sentyabrın 29-dan 30-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.

Yüksək dağlıq ərazilərdə yağıntının qar şəklində düşəcəyi gözlənilir.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı bildirilir. Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.