SpaceX “Starship” raketinin 14-cü uçuşunu həyata keçirib

SpaceX “Starship” raketinin 14-cü uçuşunu

İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkəti “Starship” raket sisteminin növbəti sınaq uçuşunu keçirib. Teksasdan həyata keçirilən buraxılış şirkətin yeni nəsil kosmik gəmi ilə orbitə peyk çıxarılması istiqamətindəki proqramında növbəti mərhələ hesab olunur.

SpaceX bazar ertəsi günü Teksas ştatından “Starship” raketini kosmosa göndərib. Bu, şirkətin nəhəng raket sisteminin 14-cü sınaq və buraxılış missiyası olub.

Budəfəki uçuş “Starship”in orbitə peyk çıxarılması imkanlarının sınaqdan keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Şirkət raket sisteminin gələcəkdə daha müntəzəm uçuşlarda və müxtəlif kosmik missiyalarda istifadəsini hədəfləyir.

SpaceX-in planlarına əsasən, “Starship”in müntəzəm uçuşlarına ilin sonlarına doğru başlanması nəzərdə tutulur. Bununla şirkət raketin sınaq mərhələsindən daha genişmiqyaslı kommersiya və kosmik missiyalara keçidini sürətləndirməyə çalışır.

“Starship” SpaceX-in Ay və Mars missiyaları da daxil olmaqla, uzunmüddətli kosmik proqramlarının əsas elementlərindən biri hesab olunur.

MONETAR.AZ