ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqların dayandırıldığı barədə yayılan məlumatları təkzib edərək, tərəflər arasında görüşlərin fasiləsiz davam etdiyini bildirib.
O, sosial media hesabında paylaşdığı açıqlamada ABŞ və İran arasında danışıqların kəsildiyinə dair xəbərləri yanlış adlandırıb. Tramp qeyd edib ki, tərəflər arasında təmaslar son günlər ərzində davamlı şəkildə aparılır.
“İran İslam Respublikası ilə ABŞ-ın bir neçə gün əvvəl danışıqları dayandırdığı barədə məlumatlar həqiqəti əks etdirmir. Görüşlər dörd gün əvvəl də, üç gün əvvəl də, iki gün əvvəl də, dünən və bu gün də davam edib”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Danışıqların yekun nəticəsinin hələlik məlum olmadığını bildirən Tramp Tehranı razılaşmaya çağıraraq, “Artıq bu və ya digər şəkildə bir razılaşmanın əldə olunmasının vaxtı çatıb”, ifadəsini işlədib.
Qeyd edək ki, Tramp bundan əvvəl də İran rəsmilərinin danışıqların dayandırıldığı ilə bağlı açıqlamalarına münasibət bildirərək, ABŞ ilə İran arasında müzakirələrin davam etdiyini bəyan etmişdi.
MONETAR.AZ