Böyük Britaniyanın avtomobil sənayesi qlobal geosiyasi böhranların və yanacaq bazarlarındakı qeyri-müəyyənliyin diktə etdiyi yeni bir reallığa qədəm qoyur. Motorlu Vasitə İstehsalçıları və Tacirləri Cəmiyyətinin (SMMT) açıqladığı son rəsmi hesabat göstərir ki, krallıqda yeni avtomobil bazarı may ayında illik müqayisədə 7,1% artaraq pandemiyaöncesi dövrdən (2019-cu ildən) bəri qeydə alınan ən yüksək may ayı göstəricisinə imza atıb. Bu sıçrayışın daxili memarı isə ənənəvi yanacaq xərclərindən qaçan istehlakçıların kütləvi şəkildə elektrikli modellərə (EV) yönəlməsidir.
Böyük Britaniya yollarında may ayı ərzində qeydiyyata alınan nəqliyyat vasitələrinin sayı və struktoru fərqli mənbələrin analizi ilə bazardakı canlanmanı təsdiqləyir:
-
Ümumi Həcm (SMMT): Ay ərzində ölkədə 160,662 ədəd yeni avtomobil rəsmi qeydiyyata alınıb.
-
Alternativ Hesabat (New Automotive): "New Automotive" təşkilatının müstəqil monitorinqi də bazarda elektrik şəbəkəsinə qoşula bilən (plug-in) vasitələrin hesabına təxminən 6%-lik bir illik artım qeydə alıb.
-
Fərdi Alıcıların Dönüşü: Dilerlərin aqressiv kampaniyaları və yeni modellərin vitrinlərə çıxması sayəsində fərdi avtomobil qeydiyyatları 17,2% yüksəlib.
May ayında tam elektrikli avtomobillərin (BEV) satışı 34,2% artaraq bütün mühərrik kateqoriyalarını qabaqlayıb və mütləq artım çempionu olub.
Bu kəskin keçidin arxasında duran əsas makroiqtisadi stimul İran ətrafında alovlanan hərbi münaqişədir. Yaxın Şərqdəki bu gərginlik qlobal neft birjalarında böyük dalğalanmalara və Böyük Britaniyanın daxili yanacaqdoldurma məntəqələrində qiymətlərin kəskin bahalaşmasına səbəb olub. Nəticədə, ingilis alıcılar üçün elektromobil artıq sadəcə ekoloji status rəmzi deyil, həm də büdcəni xilas etmək üçün real alternatvə çevrilib.
SMMT-nin baş icraçı direktoru Mayk Houz bildirir ki, dinamika möhtəşəm olsa da, ümumi rəqəmlər hələ də hökumətin hədəflədiyi 33%-lik kvotadan geri qalır. Lakin infrastruktur təminatçısı "Pod Point" şirkətinin rəhbəri Melani Leyn (Melanie Lane) fərqli bir məqama toxunur: İlin əvvəlindəki makroiqtisadi şokların yaratdığı müvəqqəti maraq artıq krallıqda dayanıqlı və real istehlakçı tələbinə çevrilməyə başlayıb.
Satışların bu səviyyəyə çatmasında Londonun tətbiq etdiyi subsidiyalar və diler güzəştləri mühüm rol oynayır. Böyük Britaniya avtomobil sənayesi geosiyasi riskləri öz xeyrinə çevirməyi bacarıb. Yaxın Şərqdəki qeyri-müəyyənlik ənənəvi avtomobil sənayesinə təzyiq göstərsə də, ölkədə akkumulyatorla işləyən nəqliyyat ekosisteminin inkişafını sürətləndirən əsas katalizatora çevrilib.
MONETAR.AZ