Azərbaycandan Ermənistana növbəti yanacaq partiyası yola salınıb. Bu gün 2 475 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yüklənərək Böyük Kəsik istiqamətində hərəkətə başlayıb.
Məlumata görə, yük 42 vaqonda daşınır və Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Rəsmi məlumatlara əsasən, indiyədək Azərbaycandan Ermənistana ümumilikdə 10 min tondan çox dizel yanacağı, həmçinin 979 ton Aİ-92 və 2 955 ton Aİ-95 markalı avtomobil benzini ixrac edilib.
Xatırladaq ki, Azərbaycandan Ermənistana yanacaq tədarükünə 2025-ci il dekabrın 18-də başlanılıb. İlk mərhələdə qonşu ölkəyə 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərilmişdi.
MONETAR.AZ