Ötən il Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət “Xalq Sığorta” ASC (1.49 indeksi ilə) olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Açıqlanan məlumatlara əsasən, avtomobillərin icbari sığortası üzrə ən yüksək şikayət indeksi “Xalq Sığorta” ASC-də qeydə alınıb. Şirkətin şikayət indeksi 1,49 təşkil edərək bazarda ən çox şikayət edilən sığortaçı mövqeyində olduğunu göstərir. Siyahıda növbəti yerlərdə “AtaSığorta” ASC və “Atəşgah Sığorta” ASC qərarlaşıb. “Atəşgah Sığorta”nın şikayət indeksinin 1,47 olduğu bildirilir.
Mütəxəssislərin fikrincə, avtomobil sığortası üzrə şikayətlərin əsas səbəbləri sırasında dəymiş zərərin düzgün qiymətləndirilməməsi, sığorta ödənişlərinin gecikdirilməsi, eləcə də sənədləşmə prosesində əlavə çətinliklərin yaradılması üstünlük təşkil edir.
MONETAR.AZ
