Yaxın Şərqdəki böhran səhiyyə sektorunda investisiya risklərini artırır

Yaxın Şərqdəki böhran səhiyyə sektorunda

2026-cı ilin əvvəlindən etibarən biofarmasevtika və səhiyyə sənayesində nəticələr qeyri-bərabər olub. Sektorla əlaqəli bəzi indeks fondları artsa da, tibbi texnologiyalar seqmentində kəskin azalma müşahidə edilib.

Analitiklərin fikrincə, Yaxın Şərqdə davam edən böhran logistika xərclərinin artmasına səbəb olub. Hava və dəniz daşımalarında marşrutların çətinləşməsi Asiyadan xammal və komponentlərin tədarükünü bahalaşdırıb və gecikmələrə gətirib çıxarıb. Bu vəziyyət xüsusilə Boston Scientific və Stryker kimi şirkətlərin təchizat zəncirlərinə təsir göstərib.

Hesabatda vurğulanır ki, münaqişə klinik sınaqların aparılmasına da təsirsiz ötüşməyib. Yaxın Şərq regionu xüsusilə onkologiya sahəsində ilkin mərhələ tədqiqatlar üçün mühüm mərkəzlərdən biri hesab olunur. Böhranın təsiri ilə minlərlə klinik tədqiqatda gecikmələr qeydə alınıb.

Bununla yanaşı, böyük əczaçılıq şirkətləri - Pfizer, Merck və Johnson & Johnson kimi nəhənglər nisbətən sabit mövqe qoruyub və investorların onlara inamı davam edib.

Analitiklər həmçinin qeyd edirlər ki, bir sıra şirkətlərin ABŞ administrasiyası ilə qiymət siyasəti üzrə razılaşmalar əldə etməsi onların tənzimləyici risklərini azaldıb.

Ümumilikdə ekspertlər səhiyyə sektorunu qlobal qeyri-müəyyənlik şəraitində nisbətən dayanıqlı, lakin seçici yanaşma tələb edən investisiya istiqaməti kimi qiymətləndirirlər.

MONETAR.AZ