Avropa İttifaqı ölkələri may ayında Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını əvvəlki ayla müqayisədə 21 faiz artırıb.
Analitik şirkət Bruegel-in məlumatlarına görə, Rusiyadan LNG tədarükü mart ayında müşahidələrin aparıldığı 2019-cu ildən bəri rekord həddə çataraq 2,459 milyard kubmetr təşkil edib.
Aprel ayında Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar fonunda idxal mart ayı ilə müqayisədə 11,8 faiz azalsa da, may ayında yenidən artaraq 2,267 milyard kubmetrə yüksəlib.
Məlumata əsasən, may ayında Yaxın Şərq ölkələrindən LNG tədarükü faktiki olaraq sıfıra enib. Bu vəziyyət Qətərdə istehsalın müvəqqəti dayandırılması ilə əlaqələndirilir.
ABŞ və Trinidad və Tobaqodan daxil olan LNG idxalı isə may ayında 14 faiz azalaraq 7,098 milyard kubmetr olub. Bununla belə, ilin 5 beş ayında bu ölkələrdən Avropaya LNG tədarükü 10 faiz artaraq 39,056 milyard kubmetrə çatıb.
Ekspertlər qeyd edirlər ki, Fars körfəzi regionundan LNG tədarükünün azalması qlobal enerji bazarlarında təzyiqləri artırır və dünya iqtisadiyyatı üçün əlavə risklər yaradır.
MONETAR.AZ