“Ekol Mühəndislik Xidmətləri” QSC-nin balansında olan 17 ədəd nəqliyyat vasitəsi iyunun 4-də saat 10:00-da keçiriləcək hərrac vasitəsilə satışa çıxarılacaq.
Hərraca çıxarılan avtomobillər arasında GMC Terrain, Hyundai Tucson, Chevrolet Colorado, Chevrolet Cruze və Nissan Sunny markalı nəqliyyat vasitələri yer alır. Avtomobillərin start qiymətləri 5 min manatdan başlayaraq 12 min manatadək dəyişir.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında, Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində keçiriləcək.
Maraqlanan şəxslər əlavə məlumat üçün “Ekol Mühəndislik Xidmətləri” QSC-yə və ya Hərracların Təşkili Mərkəzinə müraciət edə bilərlər.
MONETAR.AZ