Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə iyunun 4-də keçiriləcək “4-cü Milli Kibertəhlükəsizlik Forumu” çərçivəsində “Rəqəmsal Transformasiyada Kiber Çağırışlar” adlı panel sessiyası təşkil olunacaq.
Paneldə rəqəmsal transformasiya prosesinin sürətləndiyi bir dövrdə ortaya çıxan kibertəhlükəsizlik riskləri, bu sahədə mövcud çağırışlar, eləcə də müasir müdafiə mexanizmləri və innovativ həllər ətrafında müzakirələr aparılacaq.
Tədbir çərçivəsində ekspertlər və sektor nümayəndələri rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması, kiberhücumlara qarşı dayanıqlılığın artırılması və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Forumun kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən dövlət qurumları, özəl sektor və mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.
MONETAR.AZ