Kibertəhlükəsizlik və fırıldaqçılıq reytinqi açıqlanıb

Kibertəhlükəsizlik və fırıldaqçılıq

Sumsub tərəfindən Inigo ilə birgə hazırlanan 2025-ci il indeksinə əsasən, 112 ölkə kibertəhlükəsizlik və fırıldaqçılıq riskinə görə qiymətləndirilib.

Araşdırmada ölkələr dörd əsas meyar üzrə analiz olunub: fırıldaqçılıq fəaliyyəti, resurslara çıxış, dövlət müdaxiləsi və iqtisadi sabitlik. Aşağı göstəricilər daha güclü dayanıqlılığı, yüksək göstəricilər isə daha yüksək risk səviyyəsini ifadə edir.

Reytinqə görə Avropa ölkələri kibertəhlükəsizlik dayanıqlılığı baxımından ön sıralardadır. Lüksemburq 0.8 balla birinci yerdə qərarlaşıb. Danimarka, Finlandiya, Norveç və Niderland ilk beşliyi tamamlayır. İsveçrə, İsveç və Avstriya da yüksək nəticə göstərən ölkələr sırasındadır.

Asiya və Okeaniya ölkələrindən Sinqapur 10-cu, Avstraliya 15-ci, Kanada isə 18-ci yerdədir. Bu ölkələr güclü institutlar və sərt tənzimləmə sistemi ilə seçilir.

ABŞ siyahıda 112 ölkə arasında 91-ci yerdə qərarlaşıb. Çin 96-cı, Vyetnam isə 97-ci yerdədir. Bu nəticələr göstərir ki, rəqəmsal risklər yalnız inkişaf etməkdə olan deyil, həm də inkişaf etmiş ölkələr üçün ciddi çağırışdır.

Mütəxəssislər bildirirlər ki, rəqəmsal sistemlər genişləndikcə fırıldaqçılığa qarşı daha güclü müdafiə mexanizmləri vacib hala gəlir.

MONETAR.AZ