Türkiyə 5G texnologiyasına keçir

Türkiyə 5G texnologiyasına

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan ölkənin 5G texnologiyasına keçdiyini açıqlayıb.

Onun sözlərinə görə, bu addım yeni mərhələnin başlanğıcıdır. Artıq robotlaşdırılmış sistemlər və “ağıllı” cihazlar real vaxt rejimində idarə olunacaq, məhsuldarlıq isə maksimum səviyyəyə çatacaq.

Prezident vurğulayıb ki, 5G yalnız rabitə sahəsində deyil, həm də iqtisadiyyat, təhsil və digər sahələrdə yeni imkanlar yaradacaq.

Rəcəp Tayyip Ərdoğan həmçinin rəqəmsal müstəqilliyin və kibertəhlükəsizliyin əhəmiyyətinə diqqət çəkib. Onun fikrincə, müasir dövrdə münaqişələr getdikcə daha çox rəqəmsal məkanda baş verir və bu sahədə güclü olmaq strateji əhəmiyyət daşıyır.