23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü qeyd olunur

23 aprel – Dünya Kitab və Müəlliflik

Hər il aprelin 23-ü dünyada Dünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd edilir. Bu əlamətdar gün 1995-ci ildə UNESCO-nun Parisdə keçirilən Baş Konfransında təsis olunub və 1996-cı ildən etibarən beynəlxalq miqyasda qeyd edilir.

Bu günün keçirilməsində əsas məqsəd kitabların və mütaliənin əhəmiyyətini vurğulamaq, müəllif hüquqlarının qorunmasına diqqət çəkmək və ədəbi irsin gələcək nəsillərə ötürülməsini təşviq etməkdir. Kitabların keçmişlə gələcək arasında körpü rolu oynadığı, müxtəlif mədəniyyətləri və nəsilləri birləşdirdiyi hər il keçirilən tədbirlərdə xüsusi qeyd olunur.

Odre Azule bu münasibətlə etdiyi müraciətdə bildirib ki, kitablar insanların fikir mübadiləsi aparmasına, bilik əldə etməsinə və xalqların mədəni zənginliyini paylaşmasına imkan yaradır. Onun sözlərinə görə, kitablar zaman və məkan sərhədlərini aşaraq geniş ictimai dialoqu təşviq edir və şəxsi inkişaf üçün böyük potensiala malikdir.

Qeyd edək ki, aprelin 23-ü eyni zamanda dünya ədəbiyyatının görkəmli nümayəndələri – Uilyam Şekspir, Migel Servantesİnka Qarsilaso de la Veqanın vəfatının ildönümüdür. Bu səbəbdən həmin tarix ədəbiyyat tarixində xüsusi rəmzi məna daşıyır.

Bu gün həmçinin ədəbi sahədə çalışan redaktorlar, tərcüməçilər, naşirlər və kitab satıcılarının fəaliyyəti də ehtiramla yad edilir.

MONETAR.AZ