bp şirkətinin Azərbaycanlı işçilərinin sayı azalıb

7 Avqust 2025
14:02
2025-ci ilin ikinci rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2395 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Bu barədə “BP-Azerbaijan” şirkıətindən məlumat verilib.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
Qeyd edək ki, 2024-cü ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2413 nəfər olmuşdu.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
MONETAR.AZ