Bu gündən Türkiyədə siqaret bahalaşır

Bu gündən Türkiyədə
29 İyul 2025 01:52

Türkiyədə siqaret qiymətləri yenidən artıb. Bahalaşma Türkiyə Statistika Təşkilatının (TÜİK) iyun ayı üzrə açıqladığı inflyasiya göstəricilərindən sonra həyata keçirilib.

Rəsmi məlumata əsasən, iyun ayında aylıq inflyasiya 1,37 faiz, illik inflyasiya isə 35,05 faiz təşkil edib. İlin ilk yarısındaümumi inflyasiya göstəricisi isə 16,67 faiz olub.

Bu göstəricilər fonunda Gəlir İdarəsi Başqanlığı (GİB) daxili istehsalçı qiymət indeksində (Yİ-ÜFE) baş verən artıma uyğun olaraq, yanacaq, alkoqollu içkilər və tütün məmulatlarında aksiz vergisi (ÖTV) məbləğini 15,71 faiz artırıb.

Aksiz vergisinin artırılmasından sonra siqaret bahalaşıb.. Bu barədə məlumatı Tütün Məhsulları Satıcıları Dərnəyinin (TBYD) sədri Erol Dündar sosial media hesabında paylaşıb.

Yeni qiymətlərə əsasən:

  • Ən ucuz siqaret 85 lirə,

  • Ən bahalı siqaret isə 100 lirə olacaq.

Bahalaşmış qiymətlər 29 iyul 2025-ci ildən qüvvəyə minəcək.

MONETAR.AZ


Oxşar xəbərlər