Azərbaycanda kartof idxalı 1 ildə 64 faiz azalıb

Azərbaycanda kartof idxalı 1 ildə

2025-ci ildə Azərbaycana təxminən 59,4 min ton kartof idxal edilib. Bu, 2024-cü ildəki 165,3 min tonla müqayisədə 105,9 min ton və ya 64,1% azdır.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” nəşrinə əsasən, 2025-ci ildə ölkədə kartof istehsalı 1 milyon 24 min 728 ton təşkil edib.

2024-cü ildə 1 milyon 27 min 382 ton kartof istehsal edilib. Beləliklə, yerli istehsal cəmi 0,3% azaldığı halda, idxalda kəskin geriləmə qeydə alınıb.

2020-ci ildə kartof idxalı təxminən 189,3 min ton olub. 2025-ci ildə isə bu həcm 59,4 min tona düşüb.