Azərbaycanda evləri ən çox bu yaşda olan insanlar alır

Azərbaycanda evləri ən çox

2025-ci ildə mənzil alan şəxslərin yaş qrupları üzrə bölgüsü açıqlanıb. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin məlumatlarına əsasən, mənzil alan fiziki şəxslərin median yaşı 44, satıcıların isə 49 yaş olub. Beləliklə, satıcıların median yaşı alıcılardan 5 yaş yüksəkdir.

Ən çox mənzil əqdi 36–45 yaş qrupunda olan şəxslərin payına düşüb. Bu yaş qrupunda 11 665 əqd qeydə alınıb ki, bu da ümumi əqdlərin 29,6%-ni təşkil edib.

İkinci ən böyük pay 26–35 yaş qrupunun payına düşüb. Bu yaşda olan alıcılar üzrə 8 440 əqd, yaxud ümumi əqdlərin 21,4%-i qeydə alınıb.

46–55 yaş qrupunda olan alıcılar 8 081 əqdlə ümumi göstəricinin 20,5%-ni təşkil edib.

56–65 yaş aralığında olan şəxslər üzrə 6 334 əqd bağlanıb. Bu, bütün əqdlərin 16,1%-nə bərabərdir.

65 yaşdan yuxarı şəxslərin payına isə 3 178 əqd, yaxud 8,1% düşüb.

25 yaş və daha aşağı alıcılar üzrə isə 1 744 əqd qeydə alınıb. Bu yaş qrupunun ümumi əqdlərdə payı 4,4% təşkil edib.

Yaş qruplarına görə mənzil qiymətləri

Yaş qrupları üzrə mənzillərin orta qiymətində də müəyyən fərqlər müşahidə olunub.

25 yaş və daha aşağı alıcıların əldə etdiyi mənzillərin orta qiyməti 129 199 manat, 1 kvadratmetr üzrə orta qiymət isə 2 083 manat olub.

26–35 yaş qrupunda orta qiymət 132 601 manat, 1 kvadratmetr üzrə qiymət 2 002 manat təşkil edib.

36–45 yaş qrupunda bu göstəricilər müvafiq olaraq 132 441 manat1 997 manat olub.

46–55 yaş qrupunda mənzillərin orta qiyməti 126 502 manat, 1 kvadratmetr üzrə qiymət isə 1 988 manat təşkil edib.

56–65 yaş qrupunda orta qiymət 119 580 manat, 1 kvadratmetr üzrə qiymət 1 961 manat olub.

65 yaşdan yuxarı alıcıların aldığı mənzillərdə isə orta qiymət 129 142 manat, 1 kvadratmetr üzrə orta qiymət 2 055 manat təşkil edib.

Beləliklə, 2025-ci ilin məlumatlarına əsasən, mənzil bazarında ən böyük alıcı qrupu 36–45 yaş aralığında olan şəxslərdir. Eyni zamanda, alıcıların median yaşı ilə satıcıların median yaşı arasında 5 illik fərq qeydə alınıb.