Birjalarda kəskin eniş – təbii qaz və neft ucuzlaşıb

Birjalarda kəskin eniş – təbii qaz

Dünya əmtəə bazarında əsas məhsulların qiymətlərində fərqli istiqamətlər müşahidə olunur. Enerji bazarında təbii qaz və neft, kənd təsərrüfatı məhsulları arasında isə pambıq və kakao ucuzlaşıb.

Monetar.az xəbər verir ki, enerji əmtəələri arasında Avropa təbii qazının qiyməti 5,51 faiz, Böyük Britaniya təbii qazının qiyməti 5,21 faiz azalıb.

Almaniyanın TTF təbii qazının qiyməti 4,17 faiz, xam neft 2,97 faiz, “Brent” markalı neft isə 2,29 faiz ucuzlaşıb.

Kənd təsərrüfatı məhsulları arasında ən böyük geriləmə pambıqda qeydə alınıb. Pambığın qiyməti 4,83 faiz, kakaonun qiyməti 4,20 faiz, kauçukun qiyməti isə 1,48 faiz düşüb.

Bunun əksinə, kanolanın qiyməti 2,05 faiz, şəkərin qiyməti isə 1,51 faiz yüksəlib.

Metallar bazarında isə litium karbonatın qiyməti 2,33 faiz, platinin qiyməti 1,26 faiz, dəmir filizinin qiyməti 0,85 faiz azalıb.

Qızılın qiyməti 1,24 faiz, gümüşün qiyməti 0,96 faiz, silikonun qiyməti isə 0,53 faiz artıb.

Beləliklə, gün ərzində əmtəə bazarında ən kəskin enişlər enerji və kənd təsərrüfatı məhsullarında, artımlar isə əsasən qiymətli metallarda qeydə alınıb.