Britaniyanın Baş naziri: Brexit ölkəyə faydadan çox zərər gətirdi

Britaniyanın Baş naziri: Brexit ölkəyə

Britaniyanın Baş naziri Endi Börnham Brexit-in ölkəyə faydadan çox zərər gətirdiyini və miqrasiya üzərində nəzarəti zəiflətdiyini bildirib.

Monetar.az xəbər verir ki, Börnham bu barədə İşçi Partiyasının Liverpulda keçirilən illik konfransında çıxış edib.

Baş nazirin sözlərinə görə, Brexit Britaniyaya gözlənilən nəzarəti təmin etməyib. Əksinə, Avropa ölkələri ilə əməkdaşlığın zəifləməsi miqrasiya məsələsində nəzarətin bir hissəsinin itirilməsinə səbəb olub.

Börnham bildirib ki, ilin sonuna qədər keçiriləcək Britaniya-Avropa İttifaqı sammitində miqrasiya sahəsində əməkdaşlıq və tərəflər arasında uzunmüddətli münasibətlərin qurulması müzakirə ediləcək.

O, Britaniyanın Avropa ilə gələcək münasibətlərinin müxtəlif variantlarının nəzərdən keçiriləcəyini də qeyd edib.