Dünyanın 27 ölkəsində əhalinin ən varlı 0,1 faizinin sərvəti aşağı 80 faizin ümumi sərvətini üstələyir. Bu ölkələr arasında ABŞ, Rusiya, Hindistan, Braziliya və Cənubi Afrika da yer alır.
Monetar.az xəbər verir ki, Dünya Bərabərsizlik Məlumat Bazası (WID) əsasında hazırlanan araşdırmada bildirilir ki, sərvət konsentrasiyasının ən yüksək olduğu ölkə Rusiyadır. Burada ən varlı 0,1 faiz ümumi sərvətin 32,21 faizinə, aşağı 80 faiz isə 14,59 faizinə sahibdir.
Cənubi Afrikada ən varlı 0,1 faizin payı 29,95 faiz, aşağı 80 faizin payı isə cəmi 4,70 faizdir. Hindistanda bu göstəricilər müvafiq olaraq 29,69 faiz və 22,92 faiz təşkil edir.
Araşdırmada qeyd olunur ki, sərvət və gəlir bərabərsizliyi eyni anlayış deyil. Gəlir müəyyən dövrdə əldə olunan vəsaiti, sərvət isə ev, biznes, investisiya və əmanətlər kimi toplanmış aktivlərin borclar çıxıldıqdan sonra qalan dəyərini ifadə edir.
Məlumatlara görə, sərvət bərabərsizliyində miras, aktivlərin ilkin bölüşdürülməsi və investisiyalardan əldə olunan gəlirlər mühüm rol oynayır. Bu amillər sərvət fərqinin nəsillər boyunca qorunmasına səbəb ola bilər.