2026-cı ildə tədqiqat sahəsində ən yüksək reputasiyaya malik xəstəxanaların reytinqi açıqlanıb. Siyahıya Almaniyanın Şarite Universitet Xəstəxanası başçılıq edib.
Monetar.az xəbər verir ki, Brand Finance-in araşdırmasına əsasən, Şarite Universitet Xəstəxanası 88,5 balla birinci olub. Yaponiyanın Tokio Universiteti Xəstəxanası 87,1 balla ikinci, Cənubi Afrikanın Qroote Şuur Xəstəxanası isə 86,6 balla üçüncü yeri tutub.
İlk 10-luqda səkkiz ölkənin xəstəxanası yer alıb. Yaponiya və Böyük Britaniya siyahıda iki xəstəxana ilə təmsil olunub.
İlk 10-luq belədir:
-
Şarite Universitet Xəstəxanası – Almaniya – 88,5 bal
-
Tokio Universiteti Xəstəxanası – Yaponiya – 87,1 bal
-
Qroote Şuur Xəstəxanası – Cənubi Afrika – 86,6 bal
-
Pitiye-Salpetryer Universitet Xəstəxanası – Fransa – 85,2 bal
-
Kioto Universiteti Xəstəxanası – Yaponiya – 83,5 bal
-
Kembric Universitet Xəstəxanaları NHS Fondu – Böyük Britaniya – 83,0 bal
-
Universitet Sağlamlıq Şəbəkəsi – Kanada – 82,8 bal
-
Oksford Universitet Xəstəxanaları NHS Fondu – Böyük Britaniya – 82,8 bal
-
Monash Tərəfdaşları Akademik Sağlamlıq Elmləri Mərkəzi – Avstraliya – 82,0 bal
-
LaKardio – Kolumbiya – 81,2 bal
Reytinq 30 ölkədən 2 500 səhiyyə mütəxəssisinin iştirakı ilə aparılan sorğu əsasında hazırlanıb. Qiymətləndirmədə xəstəxanaların reputasiyası, innovasiyaları, elmi nailiyyətləri, tibbi tədqiqatlara töhfəsi və mütəxəssislərin cəlb olunması kimi meyarlar nəzərə alınıb.