Dünyanın ən böyük kənd təsərrüfatı ixracatçıları

Dünyanın ən böyük kənd təsərrüfatı

Dünyanın ən çox kənd təsərrüfatı və qida məhsulları ixrac edən ölkəsi ABŞ olub. Ölkənin bu sahədə ixracının dəyəri 172,36 milyard dollar təşkil edib.

Monetar.az xəbər verir ki, Shiportrade-in BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatları əsasında hazırladığı siyahıda Braziliya 141,89 milyard dollarla ikinci, Niderland 133,90 milyard dollarla üçüncü olub.

İlk 10-luqda Almaniya 102,21 milyard dollarla dördüncü, Çin 84,33 milyard dollarla beşinci, Fransa 83,45 milyard dollarla altıncı, İspaniya 74,30 milyard dollarla yeddinci, İtaliya 70,53 milyard dollarla səkkizinci, Kanada 65,30 milyard dollarla doqquzuncu, Belçika isə 62,42 milyard dollarla onuncu yeri tutub.

ABŞ əsasən soya, qarğıdalı, buğda, donuz əti və pambıq ixrac edir. Braziliyanın əsas ixrac məhsulları soya, şəkər, mal əti, qəhvə və qarğıdalıdır.

Niderland isə süd məhsulları, çiçəklər, tərəvəz, ət və hazır qida məhsullarının ixracında ön sıralardadır. Ölkənin kənd təsərrüfatında yüksək texnologiyalardan geniş istifadə etməsi ixrac potensialının əsas amillərindən biri hesab olunur.