Əmtəə bazarında qarışıq dinamika: qəhvə bahalaşdı, gümüş ucuzlaşdı

Əmtəə bazarında qarışıq dinamika: qəhvə bahalaşdı,

Dünya əmtəə bazarında  müxtəlif istiqamətlər üzrə dəyişikliklər qeydə alınıb. Kənd təsərrüfatı məhsulları arasında qəhvənin qiyməti artdığı halda, soya, kanola və buğda ucuzlaşıb. Metallarda isə litium karbonat və gümüşdə kəskin eniş müşahidə olunub.

Monetar.az xəbər verir ki,  kənd təsərrüfatı əmtəələri arasında ən çox bahalaşan məhsul qəhvə olub. Onun qiyməti 3,52 faiz artıb. Kauçukun qiyməti isə 0,87 faiz yüksəlib.

Eyni zamanda, soya 2,35 faiz, kanola 2,32 faiz, buğda isə 2,18 faiz ucuzlaşıb.

Metal bazarında ən böyük geriləmə litium karbonatda qeydə alınıb. Onun qiyməti 5,11 faiz azalıb. Gümüş 4,79 faiz, qızıl isə 3,52 faiz ucuzlaşıb.

Enerji əmtəələri seqmentində təbii qazın qiyməti 3,84 faiz aşağı düşüb. Benzin 1,36 faiz, Böyük Britaniya təbii qazı 1,28 faiz ucuzlaşıb.

Digər tərəfdən, Almaniyada THE təbii qazının qiyməti 1,82 faiz, soba yanacağının qiyməti 0,98 faiz, metanol 0,91 faiz bahalaşıb. Brent markalı neftin qiyməti isə 0,52 faiz artıb.