Qızılın unsiyası 4150 dollara düşdü

Qızılın unsiyası

Qızılın qiyməti 3,52 faiz ucuzlaşaraq unsiya üçün 4 150 dollara düşüb. Qiymətin enməsinə neftin bahalaşması fonunda ABŞ-da faiz dərəcələrinin artırılacağı gözləntilərinin güclənməsi səbəb olub.

Monetar.az xəbər verir ki,  qızılın qiyməti avqustun 5-dən bəri ən aşağı səviyyəyə enib.

Brent markalı neftin qiyməti isə 107 dollara yüksəlib. Neftin bahalaşması ABŞ-da inflyasiyanın sürətlənə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Bazarlar FED-in oktyabr ayında faiz dərəcəsini artırmasına 70 faizdən çox ehtimal verir.

ABŞ dollarının möhkəmlənməsi və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksək səviyyədə qalması da qızılın qiymətinə əlavə təzyiq göstərib.

İnvestorların diqqəti bu həftə açıqlanacaq ABŞ inflyasiya və əmək bazarı göstəricilərinə yönəlib.