İşçilərin süni intellektdən istifadə narahatlıqları nədir?

İşçilərin süni intellektdən

İşçilərin süni intellektdən istifadəsinin qarşısını alan əsas amil alətlərin dəqiqliyi və keyfiyyəti ilə bağlı narahatlıqlardır. Araşdırmaya görə, respondentlərin 25 faizi bunu işdə süni intellektdən daha geniş istifadəyə əsas maneə kimi göstərib.

Monetar.az xəbər verir ki, bu barədə PwC-nin təxminən 50 min nəfərin iştirak etdiyi “Global Workforce Hopes and Fears Survey” sorğusunun nəticələrinə əsasən sorğuda iştirak edənlərin 40 faizə yaxını işdə süni intellekt alətlərindən həftədə ən azı bir dəfə istifadə etdiyini bildirib. Bununla belə, respondentlərin 36 faizi süni intellektdən ildə bir neçə dəfə və ya ümumiyyətlə istifadə etmir.

İşçilərin 23 faizi isə işdə süni intellektdən istifadə etmək üçün kifayət qədər imkanın olmadığını bildirib. Bu amil süni intellektdən istifadə etməyənlər arasında daha çox önə çıxıb. Belə respondentlərin 34 faizi əsas maneə kimi istifadə imkanlarının məhdudluğunu göstərib.

Araşdırmada süni intellekt bacarıqlarının inkişafı üçün stimulların çatışmazlığı da əsas problemlərdən biri kimi qeyd olunur. İşçilər yeni bacarıqlara görə tanınmadıqda və ya mükafatlandırılmadıqda, bu istiqamətdə inkişaf etməyə maraqları azalır.