Dövlət Agentliyinin əməkdaşları üçün yeni tibbi təminat

Dövlət Agentliyinin əməkdaşları üçün

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları, pensiyaya çıxmış əməkdaşlar və onların ailə üzvləri üçün tibbi xidmətlərin göstərilməsi qaydası müəyyənləşdirilib.

Monetar.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, onlara profilaktik, ilkin tibbi-sanitariya, təcili və təxirəsalınmaz, ambulator-poliklinik və stasionar tibbi yardım göstəriləcək.

Həmçinin əməkdaşların tibbi reabilitasiyası və sağlamlaşdırılması təmin ediləcək. Tibbi xidmətlərin təşkili Daxili İşlər Nazirliyinə həvalə olunub.

Qərarın icrası üçün tələb olunan vəsait hər il dövlət büdcəsində Daxili İşlər Nazirliyinin saxlanılması xərcləri çərçivəsində nəzərdə tutulacaq.

Bununla yanaşı, Agentlik əməkdaşlarının sağlamlığının mühafizəsi ilə bağlı əvvəlki Nazirlər Kabineti qərarı ləğv edilib. Yeni qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.