Kriptovalyuta bazarında Bitcoinin qiymətində artım müşahidə olunur.
Monetar.az xəbər verir ki, Bitcoinin qiyməti 77 027 dollar təşkil edib. Gün ərzində artım 0,46 % olub.
Ethereumun qiyməti də 0,68% artaraq 2 264,38 dollara çatıb. Kriptovalyutaların qiymətinə investorların riskə münasibəti, qlobal maliyyə şəraiti və bazara daxil olan investisiyalar təsir edir. Bu aktivlərdə qiymət dəyişiklikləri ənənəvi maliyyə bazarları ilə müqayisədə daha kəskin ola bilər.