Dünya əmtəə bazarlarında təbii qaz və buğdanın qiymətində azalma qeydə alınıb. Metal və kənd təsərrüfatı məhsulları üzrə isə qiymətlər fərqli istiqamətlərdə dəyişib.
Monetar.az xəbər verir ki, enerji əmtəələri arasında təbii qazın qiyməti 5,79%, qızdırıcı yanacağın qiyməti 3,30%, propanın qiyməti isə 2,27% ucuzlaşıb. Xam neftin qiymətində də 0,71% azalma qeydə alınıb. Brent markalı neftin qiyməti isə əsasən dəyişməz qalıb.
Enerji məhsulları arasında ən böyük artım metanolda müşahidə olunub. Onun qiyməti 4,91% yüksəlib. Almaniyada təbii qazın qiyməti 3,70%, Böyük Britaniyada isə 2,12% artıb.
Kənd təsərrüfatı məhsulları bazarında buğdanın qiyməti 2,27%, yulafın qiyməti isə 1,21% aşağı düşüb. Əksinə, qəhvə 1,72%, pambıq 1,33%, düyü isə 0,89% bahalaşıb.
Metallar bazarında alüminium ərintisinin qiyməti 1,19%, qızılın qiyməti isə 0,35% artıb. Silisiumun qiyməti 1,06%, platinin qiyməti isə 0,96% ucuzlaşıb.