Dünya əmtəə bazarlarında qiymətlər müxtəlif istiqamətlərdə dəyişib. Kənd təsərrüfatı məhsulları arasında kakao və şəkər bahalaşıb, metallar və enerji daşıyıcıları bazarında isə fərqli dinamika qeydə alınıb.
Monetar.az xəbər verir ki, kakao 2,22%, şəkər isə 1,25% bahalaşıb. Buğdanın qiyməti isə 0,54% azalıb.
Metallar bazarında litium karbonat 3,25%, gümüş 1,65%, platin 1,22%, qızıl isə 0,32% ucuzlaşıb.
Enerji bazarında ən böyük qiymət azalması metanol üzrə qeydə alınıb. Onun qiyməti 7,78% düşüb. Benzin 0,94%, “Brent” markalı neft isə 0,78% ucuzlaşıb.
Bununla yanaşı, istilik mazutunun qiyməti 4,65%, təbii qazın qiyməti 3,56%, Avropa bazarında təbii qazın qiyməti 2,93% artıb. Xam neft isə 0,56% bahalaşıb.