Dünya Çempionatı kirayə bazarlarında qiymət artımına səbəb olub

 Dünya Çempionatı kirayə bazarlarında

ABŞ, Kanada və Meksikada keçiriləcək FIFA Dünya Çempionatı ərəfəsində qısamüddətli kirayə mənzil bazarında tələb və qiymətlər kəskin artıb.

“AirDNA” platformasının məlumatına görə, turnirin keçiriləcəyi şəhərlərdə – xüsusilə Qvadalaxara, Mexiko və Monterrey kimi Meksika şəhərlərində – qısamüddətli kirayələrə tələb ciddi şəkildə yüksəlib.

Hesabata əsasən, qrup mərhələsi günlərində bu şəhərlərdə sifarişlərin sayı ötən illə müqayisədə orta hesabla 186 faiz artıb. Eyni dövrdə gecəlik kirayə qiymətləri isə 72 faiz yüksəlib.

ABŞ və Kanada şəhərlərində də tələb artımı qeydə alınsa da, bu ölkələrdə qiymət artımı daha nisbətən zəif olub. Bunun əsas səbəbi kimi bazarda mövcud olan yüksək ilkin tələb göstərilir.

Analitiklər bildirirlər ki, turnirə yaxın dövrdə qiymət artımı davam etsə də, bəzi şəhərlərdə boş mənzillərin hələ də mövcud olması son dəqiqə sifarişlər üçün alternativ imkanlar yarada bilər.

Mütəxəssislərin fikrincə, Dünya Çempionatı kimi böyük beynəlxalq tədbirlər turizm və daşınmaz əmlak bazarlarında qısamüddətli, lakin nəzərəçarpacaq qiymət dəyişikliklərinə səbəb olur.

MONETAR.AZ