Əmtəə bazarında qəhvə və platin kəskin ucuzlaşıb

Əmtəə bazarında qəhvə və platin

Dünya əmtəə bazarlarında qiymətlər müxtəlif istiqamətlərdə dəyişib. Kənd təsərrüfatı məhsulları arasında ən böyük ucuzlaşma qəhvədə, metallar arasında platində, enerji bazarında isə təbii qazda artım qeydə alınıb.

Monetar.az xəbər verir ki, kənd təsərrüfatı əmtəələri arasında qəhvənin qiyməti 3,47%, kakaonun qiyməti 3,04%, buğdanın qiyməti isə 2,59% azalıb. Düyünün qiyməti isə 2,66% artıb.

Metallar bazarında platin 3,79% ucuzlaşıb. Gümüşün qiyməti 2,36%, qızılın qiyməti isə 1,23% düşüb.

Enerji bazarında isə Avropa təbii qazı 3,84% bahalaşıb. Böyük Britaniyada təbii qazın qiyməti 3,47%, Almaniyanın THE təbii qazının qiyməti isə 2,99% artıb.

Eyni zamanda, xam neftin qiyməti 1,36%, benzinin qiyməti 1,30%, Brent markalı neftin qiyməti isə 0,49% ucuzlaşıb.