Qlobal əmtəə bazarlarında həm enerji, həm metal, həm də kənd təsərrüfatı məhsullarında fərqli istiqamətli qiymət dəyişiklikləri müşahidə olunub.
Enerji bazarında təbii qaz və neft qiymətlərində kəskin artım qeydə alınıb. Məlumata görə, Böyük Britaniya üzrə təbii qaz 6,69 faiz, ABŞ-ın WTI markalı xam nefti 5,11 faiz, Avropa təbii qazı 4,93 faiz, Brent markalı neft isə 4,07 faiz bahalaşıb. Bununla yanaşı, bəzi bazarlarda təbii qaz qiymətində 3,61 faiz azalma da qeydə alınıb.
Metal bazarında da yüksəlişlər üstünlük təşkil edib. Mis 2,99 faiz, silikon 2,56 faiz, litium karbonat isə 0,85 faiz artıb. Qızıl isə 1,16 faiz ucuzlaşıb.
Kənd təsərrüfatı məhsulları üzrə isə qarışıq dinamika müşahidə olunub. Yulaf 3,54 faiz, qəhvə isə 2,11 faiz dəyər itirib. Əvəzində şəkər 2,56 faiz, kanola isə 1,95 faiz bahalaşıb.
Analitiklərin fikrincə, enerji bazarındakı yüksəliş geosiyasi risklər və tədarük zəncirində qeyri-müəyyənliklərlə bağlıdır. Metal və kənd təsərrüfatı məhsullarında isə qlobal tələb-təklif balansındakı dəyişikliklər qiymətlərə təsir göstərir.
MONETAR.AZ